"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Nəsimi bələdiyyəsi “MMMC” lərlə görüş keçirdi

--2016-04-13 / 22:27

Nəsimi bələdiyyəsində rayon ərazisində formalaşdırılan Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyət  (MMMC) və bir sıra MTK sədrləriylə görüş keçirilib. Görüşün təşkilində əsas məqsəd həmin ərazilərdə yaşayan sakinləri yerli vergilərin ödənişinə cəlb etmək,  MMMC və MTK-larda olan problemləri müəyyən etmək, habelə  mövcud vəziyyətdən çıxış yollarını müəyyən etmək olub.

Tədbiri giriş sözüylə açan bələdiyyə sədri Nazim Qaraxanov çoxmənzilli binalarda olan mövcud idarəetmədə ciddi problemlər olduğunu dilə gətirərək, bu sahədə yerli bələdiyyədə kənarda qala bilmədiyini qeyd edib. Sözsüz ki, ciddi problemlər vardır. Bu problemlərin kökündə isə idarəetmədəki boşluqlardır. Məhz bu boşluqların hesabına bələdiyyənin müfəttişləri həmin binalara daxil ola bilmir, nəticədə yerli orqannın büdcə gəlirləri azalır. Sədr bu tip mənzillərin Mənzil-Tikinti Kooperativləri (MTK) tərəfindən idarəedilməsini qanunauyğun olmadığını bildirərək, Mənzil Məcəlləsinə görə  bu prosesin icrası və təşkilində bələdiyyələrində üzərinə müəyyən məsuliyyət yükünün düşdüyünü bildirib.

N.Qaraxanov  bildirib ki, vergi müfəttişləri tərəfindən qaldırılan məsələnin sonadək öyrənilməsi zəruridir və vergi müfəttişlərinin ən əsas vəzifəsi sakinlər arasında maarifləndirmə işlərinin davamlı olaraq aparılmasıdır.

Tədbirdə 2009-cu ildə qəbul edilmiş yeni “Mənzil məcəlləsi”ndə baş vermiş dəyişiklik barəsində də ətraflı danışıldı.

Tədbirdə “Nəsimi 1” MMMC, “Nəsimi 2” MMMC  bir sıra MYK sədrləri iştirak edirdi.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Belediyye.info

 

ŞƏRHLƏR